Lənkəran şəhəri S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumat Lənkəran şəhər Təhsil şöbəsi bu gün, 22 oktyabr tarixində verib.
Ağacəkmə aksiyasında Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Haftoni qəsəbə tam orta məktəbinin direktoru, müəllim heyəti və peşə təmayüllü sinifin şagirdləri iştirak ediblər. Aksiya sağlam ekoloji mühitin yaradılması məqsədilə keçirilib.

