SON XƏBƏRLƏR

Lənkəranın Şirinsu kənd orta məktəbinin sabiq direktorunun pul mənimsəməsi ilə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 18 avqust tarixində məlum olub.

Lənkəran rayon prokurorluğundan verilən xəbərə görə, cinayət işinin ibtidai istintaqı tamamlanıb. Məktəb direktoru Zeynəb Əhmədova işlədiyi müddət ərzində tədris olunmayan dərs saatlarını rəsmiləşdirib. Bu metodla dövlət büdcəsindən ayrılmış 3.849 manat məbləğində pul mənimsəyib.

Əlavə olaraq elektrik vakant yeri üçün işə müraciət edən şəxsdən 500 manat dəyərində rüşvət alıb. Digər maddi neməti rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.