SON XƏBƏRLƏR

Lənkəran Şəhər Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərin IX siniflərində şagirdlərin bilik və bacarıqlarının ilkin  səviyyəsini müəyyənləşdirmək məqsədilə diaqnostik qiymətləndirmə aparılıb. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsinin rəsmi Facebook səhifəsi verib.

Diaqnostik qiymətləndirmə Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə keçirilib. Qiymətləndirmədə 2372 nəfər şagird iştirak edib.