Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Zəfər günü” münasibəti ilə tədbir keçirilib. Bu haqda məlumat Cenublu.az-a daxil olub.
7 noyabr tarixində keçirilən tədbir “Vətən müharibəsi” zamanı şəhadətə ucalmış iştirakçıların xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmiləri, qazilər və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə “Vətən müharibəsi” ilə bağlı tamaşalar nümayiş olunub.
Tədbirin sonunda iştirakçılar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı iştirakçılar şəhidlərin ruhuna dualar oxuyublar və məzarlarının önünə gül dəstələri düzüblər.