Lənkəran rayonu Liman şəhərinin baş planının hazırlanması ilə bağlı elan edilən tender yekunlaşıb. Bu haqda məlumatı 10 sentyabr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi paylaşıb.
Tenderin qalibi “İntegris” MMC oldu. Qalibə 154 min manat pul ödəniləcək.
Qeyd edək ki, Liman şəhəri Lənkəran rayonunun tabeliyindədir. Şəhər Lənkəran-Bakı magistral yolunda, rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir.
Sovet hakimmiyəti illərinədək bu yaşayış məntəqəsi Pereval adlanırdı. Yazıçı İltifat Salehin yazdığına görə, bura Perevaldan da əvvəl Novomixaylovka adlanıb, səbəb isə buraya Rusiyadakı Mixaylovka kəndindən bir çox əhalinin köçürülməsidir.
1920-1999-cu illərdə yaşayış məntəqəsi Leninin atasının şərəfinə, Port İliç adlandırılırdı. 2000-ci ildə isə şəhər Liman adı almışdır.