SON XƏBƏRLƏR

Lənkəranda mübahisə nəticəsində 1 nəfər ölüb. Bu haqda bu gün, 18 noyabr tarixində Report.az-da paylaşılıb.

Lənkəranın Kənarmeşə kəndindəki çay evlərindən birində ölüm hadisəsi qeydə alınıb. 51 yaşlı Seydəkəran kənd sakini Mail Heydərov çayxanada çalışırdı. İş vaxtı bir nəfərlə mübahisə edib. Mübahisə zamanı Mail yerə yıxılıb və gicgah nayihəsindən xəsarət alaraq dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.