İyulun 28 – də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Lənkərana səfər edərək Vətən müharibəsi şəhidlərinin övladları üçün tamaşa təşkil ediblər.
Tamaşa “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” təşkilatçılığı ilə Lənkəran Springs otelində keçirilib. Şəhid övladlarına “Şəngülüm, Məngülüm” tamaşasını göstəriblər.
Məşhur nağıl əsasında hazırlanan tamaşanın rejissoru Anar Məmmədov, bəstəkarı Elza Seyidcahandır.
Tamaşadan sonra şəhid övladları üçün əyləncəli oyunlar keçirilib.
Sonuncu dəfə Kukla Teatrı Lənkəranda 4 iyun 2019-cu ildə “Cırtdan” tamaşası ilə çıxış edib.