SON XƏBƏRLƏR

Lənkəranda aktiv koronavirus infeksiya daşıyıcısı yaşayış yerini tərk edib. Hadisə 14 avqust tarixində baş verib.

Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı şəhər sakini K.Hüseynovanın, COVID-19 testinin pozitiv nəticəsinə baxmayaraq, evini tərk etdiyi aşkarlanıb.

Vətəndaş dərhal yaşadığı ünvana qaytarılıb. Onun barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanılıb.