Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Veravul kəndində bağçılıqla məşğul olan fermerlərə məsləhət xidməti göstərilib. Bu haqda məlumatı bu gün, 8 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsi verib.
Bağçılıqla məşğul olan Məhərrəm Qasımov və Cavid Ağayev Lənkaran KOBİM-ə müraciət edərək məsləhət xidmətinə ehtiyaclarının olmasını bildiriblər. Onların təsərrüfatına baxış keçirildikdən sonra, bağçılığın inkişafına təsir edən mənfi amillər, təsərrüfata aqroekoloji nəzarət, bitki xəstəlikləri və onlara qarşı bioloji mübarizə tədbirlərinin düzgün tətbiqi ilə bağlı təlimatlar verilib.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.