SON XƏBƏRLƏR

Lənkəran KOBİM “Rəqəmsal bacarıqların artırılması” mövzusunda təlim keçirib. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi bu gün, 24 fevral tarixində məlumat verib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların rəqəmsal bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən rəqəmsal bacarıqların artırılması istiqamətində, eləcə də sosial media marketinqi haqqında məlumatlar verilib.

5 sahibkarın iştirak etdiyi təlimin sonunda fikir mübadiləsi aparılıb və ekspert tərəfindən suallar cavablandırılıb.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.