SON XƏBƏRLƏR

Lənkəran KOBİM tərəfindən sahibkarlara məsləhət xidməti göstərilib. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi verib.

Belə ki, rayonun Separadi kəndində əkinçilik və meyvəçilik sahəsi ilə məşğul olan fermerlər Fuad Dadaşov, Ehtiram Hacıyev, Ali Korkmaz, Namiq Cəbiyev Lənkəran KOBİM-ə müraciət edərək məsləhət xidmətinə ehtiyacları olduğunu bildiriblər. Lənkəran KOBİM-in eksperti tərəfindən fermerlərin sitrus və çiyələk sahələrinə baxış keçirilib. Nəticədə torpağın əkindən əvvəl hazırlanması və əkin müddəti, bitkilər üçün mövsümün hava şəraitinə uyğun saxlanılma üsulları, ziyanverici həşaratlar və mövsümi xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında fermerlərə məlumatlar verilib.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,