Lənkəran KOBİM tərəfindən fermerlərə məsləhət xidməti göstərməkdə davam edir. Bu haqda məlumat bu gün, 18 oktyabr tarixində Lənkəran KOB İnkişaf mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Belə ki, Lənkəran rayonunun Narbağı kəndində iribuynuzlu heyvandarlıqla məşğul olan fermerlər Mirxanım Əzizova, Fərahim Cəfərov, Kamal Axundov, Mirzə Hüseynov və Nəzakət Əzizova Lənkəran KOBİM-ə müraciət edərək məsləhət xidmətinə ehtiyacları olduğunu bildiriblər. Müraciət əsasında peşəkar ekspert tərəfindən fermerlərin təsərrüfatına baxış keçirilib. Nəticədə fermerlərə iribuynuzlu heyvanlarda cinsi xəstəliklərinin qarşısının alınması, heyvanların qidalanması və saxlanılması, həmçinin heyvanların saxlanılması və qidaların düzgün seçilməsi haqqında tövsiyyələr verilib. Fermerlərə profilaktik tədbirlərin görülməsi ilə bağlı müxtəlif preparatlardan istifadə edilməsi tövsiyyə olunub.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

