Lənkəranda heyvandarlıqla məşğul olan şəxsə məsləhət xidməti göstərilib. Bu haqda Lənkəran KOB İnkişafı Mərkəzinin rəsmi facebook səhifəsində paylaşılıb.
Kərgəlan kənd sakini olan Sədaqət Hüseynov mərkəzə müraciət edərək məsləhət almaq istəyib. Mərkəzin ekspertləri heyvandarlıqla məşğul olan kənd sakinin təsərrüfatına baxış keçiriblər və heyvanlarda yaranmış xəstəliklərinin qarşısını almaq üçün məsləhətlər veriblər.
Həmçinin heyvanların sağlam və keyiyyətli saxlama şəraiti ilə bağlı tövsiyyələr verilib.
KOB İnkişafı Mərkəzi tərəfindən göstərilən xidmətlər tamamilə ödənişsizdir.