SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişafı Mərkəzində məsləhət xidməti göstərilib. Bu haqda məlumat bu gün, 22 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.

Belə ki, Lənkəran KOBİM-ə müraciət edən sahibkar Yaqub Şirəliyev illik və rüblük bəyannamələrin vergi orqanına təqdim olunması üçün məsləhət xidmətinə ehtiyacı olduğunu bildirib. Ona peşəkar eksperti tərəfindən məsləhət xidməti göstərilərək, sahibkara vergi növləri üzrə öhdəlikləri, illik və rüblük bəyannamələrin tərtib olunması, verginin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri haqqında məlumatlar verilib.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.