SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən sahibkara məsləhət xidməti göstərilib. Bu haqda məlumat mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.

Quruma müraciət edən sahibkar Valeh Hüseynov mövcud heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsi və genişləndirilməsi ilə bağlı məsləhət xidmətinə ehtiyacı olduğunu bildirib.

Müraciətə əsasən, ekspert tərəfindən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları, biznes fəaliyyəti üçün dəstək mexanizmləri, güzəştli kreditlərin əldə edilməsi və müvəkkil kredit təşkilatları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.