SON XƏBƏRLƏR

Lənkəran KOBİM tərəfindən 26 fevral saat 14:00-da “Maliyyə bazarlarına çıxış və tətbiqi“ mövzusunda təlim keçiriləcək. Bu haqda məlumatı Lənkəran KOBİM-in rəsmi Facebook səhifəsi verib.

Təlimdə Lənkəran KOBİM-in təlimçi-eksperti Həsən Rəhimli tərəfindən aşağıdakı mövzulardan danışılacaq:

  • Maliyyə sisteminin quruluşu: dövlət maliyyəsi və korporativ maliyyə;
  • Maliyyə institutları: banklar və kredit təşkilatları;
  • Fond birjalarında əməliyyatlar;
  • Maliyyə bazarlarında istifadə edilən əsas maliyyə alətləri;
  • Foreks bazarı;
  • Firmaların maliyyələşməsində maliyyə bazarlarının rolu;
  • Mərkəzi bankın pul (monetar) siyasətinin maliyyə bazarına təsiri;
  • Maliyyə psixologiyası və bazar iştirakçılarının davranışı;
  • Qızıl bazarı və qızılın qiymətinə təsir edən amillər;
  • Pul bazarı, valyuta məzənnəsi;
  • Qiymətli kağızlar (kapital) bazarı, səhm, istiqraz və törəmə maliyyə alətləri ilə əməliyyatlar;
  • Maliyyə bazarlarında iqtisadi analizlər;
  • Maliyyə böhranı və onun biznesə təsiri.

Təlimdə iştirak etmək üçün (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qeydiyyat üçün link: https://forms.gle/EA8iDrd8UmAqT7BY7

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər