SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən Boladi kəndində əkinçilik və meyvəçiliklə məşğul olan fermerlərə məsləhət xidməti göstərilib. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi verib.

Belə ki, fermerlər Xanəhməd Kərimov, Elşən Cabbarov, Qalib Əhmədov, Amil Axundov, Əbülfət Cavadov, Eldar Həsənov Lənkəran KOBİM-ə müraciət edərək fermer təsərrüfatında məsləhət xidmətinə ehtiyacları olduğunu bildiriblər.

Müraciətə əsasən Lənkəran KOBİM-in eksperti tərəfindən fermerlərin sitrus və çiyələk sahələrinə baxış keçirilib. Nəticədə torpağın əkindən əvvəl əkinə hazırlanması, bitkilər üçün mövsümün hava şəraitinə uyğun saxlanma üsulları, ziyanverici həşəratlar və mövsümi xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında fermerlərə məlumatlar verilib.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən