SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən heyvandarlıqla məşğul olan fermerlərə məsləhət xidməti göstərilib. Bu haqda məlumatı KOBİM-in rəsmi Facebook səhifəsi bu gün, 21 fevral tarixində verib.

Lənkəran rayonunun Sinovli kəndində iribuynuzlu heyvandarlıqla məşğul olan fermerlər quruma müraciət edərək fermer təsərrüfatında məsləhət xidmətinə ehtiyacları olduğunu bildiriblər. Müraciətə əsasən, Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən heyvandarlıqla məşğul olan fermerlərin təsərrüfatına baxış keçirilib. Nəticədə fermerlərə iribuynuzlu heyvanların saxlanılma şəraitinin yaxşılaşdırılması, həmçinin müxtəlif xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması haqqında məsləhətlər verilib.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.