SON XƏBƏRLƏR

Lənkəran KOBİM tərəfindən fermerlərə məsləhət xidməti davam edir. Bu haqda məlumat bu gün, 6 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsində verilib.

Belə ki, rayonun Havzova kəndində iribuynuzlu heyvandarlıqla məşğul olan fermerlər Şaban Ağayev, İltifat Bayramov, Zaliyə Şükürova, Əbülfəz Quliyev, Xalıq Babayev, Rauf Həsənov Lənkəran KOBİM-ə müraciət edərək fermer təsərrüfatında məsləhət xidmətinə ehtiyacları olduğunu bildiriblər. Müraciət əsasında peşəkar ekspert tərəfindən fermerlərin təsərrüfatına baxış keçirilib.

Nəticədə fermerlərə iribuynuzlu heyvanlarda xəstəliklərinin müalicəsi, heyvanların saxlanılması zamanı baytarlıq gigiyenasının qorunması, preparatlardan düzgün istifadə edilməsi barədə məlumat verilib, sanitariya-gigiyena şərtlərinə düzgün əməl olunması, heyvanların saxlanılması və bəslənilməsinin düzgün aparılması ətraflı formada izah olunub.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.