SON XƏBƏRLƏR

Lənkəranın Haftoni qəsəbəsində fermerlərə məsləhət xidməti göstərilib. Bu haqda məlumat bu gün, 3 noyabr tarixində Lənkəran KOBİM-nin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən ödənişsiz xidmətdə fermerlərin təsərrüfatına baxış keçirilib.

Mərkəz ekspertləri, fermerlər Qismət Əmirov, Şamxal Hüseynzadə, Elvin İsmayılov, Asim Eyvazov, Habil Rzayev, İdrak Zenalov, Aqşin Əkbərov, İdris Hüseynov, Mehdi Baxşıyev, Nicat Gülhəsənov, Xanverdi Xudiyev, Elman Baxşıyev, Telman Mirzəyev Lənkəran KOBİM-ə müraciəti əsasında, ora gediblər.

Fermerlərə iribuynuzlu heyvanların qida vasitələrinin düzgün seçilməsi, saxlanılma şəraitinin yaxşılaşdırılması, həmçinin mövsümi xəstəliklərin aradan qaldırılması üçün görüləcək tədbirlər haqqında tövsiyyələr verilib.