SON XƏBƏRLƏR

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələri satan şəxs saxlanılıb. Bu haqda bu gün, 21 sentyabr tarixində Report.az-da paylaşım edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan M.Qasımovun üzərindən 5 qram heroin, 6 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

O, əvvəllər də məhkum olunmuşdur.

Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.