SON XƏBƏRLƏR

Lənkəranda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 2 nəfər saxlanılıb. Bu haqda bu gün, 29 oktyabr tarixində Report.az-da paylaşılıb.

Rayon sakinləri Kərim Rizayev və Fuad Mirzəyev narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar. K.Rizayevin üzərindən heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Əməliyyat zamanı məlum olub ki, K.Rizayevin narkotik vasitələri F.Mirzəyevdən alıbmış.

F.Mirzəyevin üzərində keçirilən baxış zamanı, ondan 1 kq-dan çox heroin, 47 qram “patı” və 1 ədəd elektron tərəzi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.