Lənkəranın Sütəmurdov kəndində tülkülər sakinləri narahat edir. Bu haqda Real TV paylaşıb.
Sakinlərin sözlərinə görə tülkülər onlara həyətlərində rahat dincəlməyə imkan vermirlər. Əhalinin saxladığı toyuq-cücələri tutub aparırlar.
Real TV-nin verdiyi məlumata əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət olunub.
1 saylı ETSN idarəsindən bildirilib ki, sözügedən ünvanda evlərə və dam hissəsinin altına baxış keçirilib. Baxış zamanı tülküləri müşahidə etmək olmayıb.
Qeyd edək ki, 2012-ci ildən bu kənddə tülkülər məskunlaşıb.