SON XƏBƏRLƏR

Lənkəran GİKM təşkilatçılığı ilə “Kəndimiz Mərkəzdə” layihəsi baş tutub. Bu haqda məlumat Lənkəran Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Keçirilən tədbir nəticəsində Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran numayəndəliyinin 6-cı qolu yaradılıb. Ləj kəndində keçirilən tədbir zamanı iştirakçılar səmərəli və maarfləndirici vaxt keçiriblər.

Tədbirdə mərkəzimizin fəaliyyətləri ilə bağlı foto və video formatında təqdimat olub və Lənkərana aid intellektual suallar səsləndirilib. Sonda qısametrajlı filmlərin nümayişi təşkil edilib.

“Kəndimiz Mərkəzdə” layihəsi Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyi və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.

Zirvə Astara
Sport

“Zirvə Astara” növbəti matçına çıxacaq

Basketbol üzrə Azərbaycan Kubokunda Astaranı təmsil edən komandamız Bakı təmsilçisi ilə qarşılaşacaq. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. “Zirvə Astara” 23 mart saat 14:30-da meydançaya çıxacaq.