SON XƏBƏRLƏR

Lənkəran rayon Qumbaşı kənd sakini ehtiyatsızlıqdan özünü güllələyib. Bu haqda məlumatı bu gün, 4 noyabr tarixində Report.az verib.

Hadisə Masallı rayonunun Boradigah ərazisinin yaxınlığında baş verib. 31 yaşlı Elvin Cəlil oğlu Hüseynov ov edərkən ehtiyatsızlıqdan silah əlində açılıb. O, çiyin nahiyəsindən silah yarası alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb.