Lənkəranın Xolmili kəndində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 19 avqust tarixində FHN rəsmi saytında paylaşım edib.
Hadisə 500 kv.m-lik istirahət mərkəzi kimi fəaliyyət göstən birmərtəbəli tikilidə qeydə alınıb. Tikilinin dam örtüyünün 200 kv.m-lik sahəsi yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.