SON XƏBƏRLƏR

Lənkəran rayonunun Xanbulan kəndindəki evlərdən birinin həyətindəki tövlədən 2 baş iribuynuzlu heyvan oğurlanıb. Bu haqda məlumatı bu gün, 19 yanvar tarixində Trend verib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvvəllər məhkum olunmuş Əmrah Məmmədli saxlanılıb.

Araşdırma zamanı onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindən iribuynuzlu heyvanı oğurladığı məlum olub. Ə.Məmmədlinin oğurladığı 3 baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə həmin pulun müqabilində verdiyi müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Masallı Gənclər Evi
Sizi maraqlandıran

Masallı: “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi

Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində verir. Gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçiriləcək

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.