Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində internet xəttlərində təmir-bərpa işləri aparılır. Bu haqda məlumat bu gün, 18 oktyabr tarixində Cenublu.az-a daxil olub.
“Bir neçə aydır ki, internet xəttlərində problem müşahidə olunur. Bu haqda internet provayderlər xəbərdarlıq etmişdilər. Lakin təmir-bərpa işləri aparılmırdı”- deyə bir sakin söyləyib.
“Buralarda optik internet ümumiyyətlə yoxdur. ADSL internet isə fasilələrlə tutur. Məktəb onlayn olanda çox əziyyət çəkirdik. Ümüd edirik ki, problem tezliklə öz həllini tapacaq” – digər bir sakin söyləyib.
Qeyd edək ki, Cenublu.az daha öncə internetlə bağlı problemi işıqlandırmışdır.

