SON XƏBƏRLƏR

Lənkəran rayonunun Nərimanabad qəsəbə tam orta məktəbində Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş məktəbin məzunlarının adına abidə inşa olunub. Bu haqda məlumatı bu gün, 11 oktyabr tarixində Azertac verib.

Belə ki, Əliyev Əliağa Məhərrəm oğlu, Hüseynov Vasif Məhbub oğlu, Əmranov Asəf Zəkrulla oğlu, Kərimov Ramiz Qüdrət oğlu, Salayev Vidadi Qurbanəli oğlu və Abiyev Vasif Vaqif oğlunun adına olan abidənin açılış mərasimi baş tutub.

Açılışda İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, şəhidlərin döyüş dostları, məktəbin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları məktəbin məzunu olmuş şəhidlərin xatirəsinə təşkil edilmiş muzeydə onların həyat və fəaliyyətini, döyüş yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Sonda məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr