SON XƏBƏRLƏR

Lənkəran rayonu Boladı kənd 1 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi mayor Aqşin İbadovun xatirəsi anılıb. Bu haqda məlumatı Azertac verib.

Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində məktəbin məzunu Aqşin İbadovun qəhrəmanlığından danışıblar. Məktəbin şagirdləri şəhid mayor Aqşin İbadovun yazdığı şeirləri söyləyiblər. Mərasim iştirakçıları məktəbdə igid döyüşçünün adına yaradılan guşədə onun döyüş yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Qeyd edək ki, Aqşin İbadov 24 avqust 1984-cü ildə Lənkəran rayonunun Boladı kəndində anadan olub. Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub. Boladi kəndində dəfn edilib.

Ölümündən sonra o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Boladı kənd 1 nömrəli tam orta məktəb Facebook
Boladı kənd 1 nömrəli tam orta məktəb Facebook
Boladı kənd 1 nömrəli tam orta məktəb Facebook
Boladı kənd 1 nömrəli tam orta məktəb Facebook