SON XƏBƏRLƏR

Vətən Müharibəsinin ildönümü ilə əlaqədar şəhid Sənan Nizami oğlu Ağazadənin qəbri ziyarət olunub. Bu haqda məlumatı bu gün, 8 oktyabr tarixində Lənkəran Regional Mədəniyyət İdarəsi verib.

Belə ki, ziyarət zamanı şəhid Sənan Ağazadənin ailəsi ilə görüş keçirilib, şəhidin şərəfli döyüş yolundan,vətənpərvərliyindən bəhs olunub.

Qeyd edək ki, şəhid Sənan Ağazadə 1 may 2000-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. O, Vətən Müharibəsinə Füzuli istiqamətində qoşulub və düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib. 14 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.