SON XƏBƏRLƏR

Lənkəran rayonun Liman şəhərindən olan şəhidimiz kəşfiyyatçı Kamran Ceyhun oğlu Səmədovun anım günü keçirilib. Bu haqda məlumat Cenublu.az-a daxil olub.

Şəhidimizin ildönümü münasibətilə xatirəsini əbədiləşdirmək məqsədi ilə adına bulaq açılıb. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı, şəhidimizin ailə üzvləri, döyüş yoldaşları və rayon ziyalıları iştirak ediblər.

Qeyd edək ki, kəşfiyyatçı Kamran Səmədov 28 fevral 1997-ci ildə Lənkəran rayonunun Liman şəhərində dünyaya göz açıb. Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.