13 noyabr Lənkəran rayonu Mamusta kənd kitabxanasının əməkdaşları şəhid Afərin Müqəddəs oğlu Qulamzadənin ailəsi ilə görüş keçirdiblər. Bu haqda məlumatı kitabxananın rəsmi Facebook səhifəsi verib.
Görüş zamanı şəhidin anası Təranə Qulamova oğlu haqqında xatirələrdən danışıb. Şəhidimizin Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmasını qeyd edib. Şəhidimiz 19 noyabr 2020-ci ildə torpağa tapşırılıb. Bununla əlaqədar Lənkəran rayon Mamusta kənd Kitabxanasında tədbir keçirilməyi planlaşdırılır.
Qeyd edək ki, Mamusta kəndində Afərin Qulamzadənin xatirəsinə ehtiram əlaməti olaraq bulaq, büst və xatirə lövhələri yaradılıb.

