Lənkəran rayonu Sütəmurdov kəndində 10 sentyabr şəhid Qüdrət Məmmədzadə doğum günündə yad edilib. Bu haqda bu gün, 11 sentyabr məlum olub.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, QMİ-Qazisi Haci Sədi Axundzadə, Sütəmurdov kənd məscidinin axundu, ilahiyyatçı Hacı Fəxri Sadiqov iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub və məzarı önündə gül dəstələri qoyulub. Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şəhid ailəsinin problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Qüdrət Məmmədzadə II Qarabağ müharibəsində şəhid olub.