Lənkəran şəhəri Mamusta kəndində Qarabağ müharibəsi şəhidi Afərin Qulamovun əziz xatirəsinə bulaq açılışı olub. Bu haqda məlumatı Lənkəran şəhər İcra Hakimiyyəti paylaşıb.
Açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Hacı Sədi Axundzadə, Gənclər və İdman idarəsinin rəisi Ramin Rəhimov və digərləri iştirak ediblər.
Sonda şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub və adına ehsan verilib.
Qeyd edək ki, Cenublu.az daha öncə şəhidin ildönümü ilə bağlı paylaşım etmişdir.