Lənkəran rayonu Haftoni qəsəbə sakininin qanunsuz ov tüfəngi saxladığı aşkarlanıb. Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı verib.
Belə ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsəbə sakini C.Məmmədovdan qanunsuz saxladığı “İJ-17” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.