Lənkəran şəhərində yerləşən Həzi Aslanovun ev muzeyində 6 avqust tarixindən təmir-bərpa işləri başlanılıb. Bu haqda bu gün Cenublu.az müxbirləri xəbər verib.
Buna görə də ziyarətçi qəbulu dayandırılmışdır. Layihənin necə müddət davam edəcəyi tam olaraq məlum deyil.
Sonuncu dəfə muzey 2010-cu il 16 yanvar tarixində təmirə bağlanılıb. Təmir-bərpa işləri 15 gün davam etmişdir.
Həzi Aslanovun ev muzeyi 9 may 1969-cu ildən fəaliyyət göstərir. Evin yeni sərgi otaqları 8 may 1983 -cü ildə açılmışdır. Bu gün muzeydəki eksponatların sayı 1970-ə çatır. Muzeyin direktorunun sözlərinə görə, indiyədək generalın silahdaşları, elm adamları və rəssamlar da daxil olmaqla bir milyondan çox insan muzeyi ziyarət edib.