İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan 3 nömrəli tam orta məktəbdə general-mayorun ad günü münasibətilə açıq dərs keçirilib. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.
Açıq dərs kimya fənnindən “Oksigen yarımqrupu elementləri, onların birləşməsinə dair ümumiləşdirici dərs” mövzusunda baş tutub.
Dərsdə Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva, LDU-nun kimya-fizika kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru, eyni zamanda məktəbin məzunu olmuş Gülbəniz Qədirova iştirak ediblər.
