SON XƏBƏRLƏR

Lənkəran rayonunda həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilən Aqşin Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bu haqda məlumatı bu gün, 20 dekabr tarixində Report verib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası 27 dekabra təyin edilib.

Qeyd edək ki, bu il 27 avqust saat 21 radələrində 36 yaşlı Aqşin Mirzəyev aralarında yaranan münaqişə zamanı həyat yoldaşı Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı cinayət işi başlanıb.

A.Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.