SON XƏBƏRLƏR

Lənkəranda yığılan məişət tullantılarının yandırılması Göyşaban sakinlərini narahat edir. Bu haqda məlumat bu gün, 23 sentyabr Cenublu.az-a daxil olub.

Belə ki, sakinlərin sözlərinə görə, bütün şəhərin tullantıları bu əraziyə toplanılır. Gecələr zibillər yandırıldıqdan ərazidən çox pis qoxu gəlir. Bu hal sakinləri narahat edir.

“Hətta 10 dəqiqə yolda gedəndə belə adama üfunət qoxusu təsir edir” – deyə sakinlərdən biri qeyd edib.

Həmçinin onlar bildirib ki, ərazidə məişət tullantılarının emalı zavodu olmadığından, tullantılar məcbur yandırılır.