SON XƏBƏRLƏR

Lənkəran şəhəri Avropa İttifaqının “EU4Culture” layihəsi çərçivəsində öz Mədəni İnkişaf Strategiyasını hazırlamaq üçün 30 min avro qrant qazanıb. Bu haqda məlumatı bu gün, 19 noyabr tarixində Lənkəran Regional Mədəniyyət İdarəsi verib.

Qrant müsabiqəsinin ikinci mərhələsinin qaliblərini elan etmək məqsədilə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin dəstəyi və Höte Mərkəzinin Bakı Ofisinin təşkilatçılığı ilə mətbuat konfransı və mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə Lənkıran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və digərləri iştirak ediblər.

Gələcəkdə növbəti mərhələdən uğurla keçəcək şəhərlər üçün mədəniyyət strategiyalarının həyata keçirilməsi məqsədilə 300 min avro qrant ayrılması düşünülür.

Qeyd edək ki, 2021-ci ilin may ayında elan olunan “EU4Culture” Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihənin ölkə üzrə həyata keçirilməsində tərəfdaş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir. Ümumilikdə müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Lənkərandan başqa müsabiqədə Şəki və Xırdalan şəhərləri də iştirak edərək 30 min avro qrant qazanıblar.

Lənkəran Regional Mədəniyyət İdarəsi Facebook
Lənkəran Regional Mədəniyyət İdarəsi Facebook