SON XƏBƏRLƏR

Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib. Bu haqda məlumat bu gün, 6 oktyabr tarixində Təhsil şöbəsinin rəsmi saytında paylaşılıb.

Videoqəbulda vətəndaşlar tərəfindən qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı tədbirlərin icrasına başlanılıb. Əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etmək, vətəndaşların LŞTŞ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.

İştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Lənkəran ŞTŞ-nin Telefon Məlumat Mərkəzinə (+99450-839-49-00) zəng etməklə məlumat ala bilərlər.