SON XƏBƏRLƏR

Mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Bakıda saxlanılıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Azərtac-da paylaşılıb.

10 oktyabr tarixində Xətai rayonunda “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlanmışdır. Lənkəran şəhər sakini O.Abbasov 36-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində saxlanılıb.

DİN-dən verilən məlumata əsasən, şəxsi axtarış zamanı O.Abbasovun üzərindən heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.