SON XƏBƏRLƏR

Lənkəran şəhər sakini qatarın altında qalaraq dünyasını dəyişib. Bu haqda məlumat Repot.az-da paylaşılıb.

Şəhər sakini olan 61 yaşlı Vəfadar Həsənov naməlum səbəblərə görə qatarın altında qalıb. Hadisə Lənkəran Dəmiryol stansiyasından 300 metr aralıda qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi baxışdan sonra tibbi ekpertiza üçün meyit aidiyyatı üzrə təhvil verilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.