SON XƏBƏRLƏR

Lənkəran rayonunun Girdəni kəndində iki mərtəbəli ev yanıb. Bu haqda məlumatı bu gün, 5 fevral tarixində Report.az verib.

Belə ki, kənd sakini 54 yaşlı Fikrət Əzizəli oğlu Hadıyevə məxsus ümumi sahəsi 140 kvadratmetr olan iki mərtəbəli evin dam örtüyü və ikinci mərtəbəsinin bir hissəsi yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb. Evin digər hissələri yanğından mühafizə olunub.

İlkin məlumata görə, ev sahibi həbsdə olduğundan mənzil kirayəyə verilib. Yanğın zamanı evdə heç kim olmayıb. Yanğının qısa qapanmadan baş verdiyi ehtimalı var. Əsas səbəb ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.