SON XƏBƏRLƏR

Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Lənkəran-Astara iqtisadi rayonu üzrə) Gender Komissiyalarının nümayəndələri üçün bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyi və liderlik mövzularında təlim keçirilib. Bu haqda məlumatı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komissiyası verib.

Təlimdə çıxış edənlər yerli özünüidarəetmə orqanlarında gender komissiyalarının yaradılmasının vacibliyini vurğulayıblar.

Həmçinin yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərdiyini və icra başçısı müavinlərinin həmin qruplara rəhbərlik etdiyi bildirilib. Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində bələdiyyələrin də rolu unudulmayıb.

Qeyd edək ki, 2020-ci il ərzində Respublikanın 15 rayon və şəhərinin Bələdiyyələrində Gender Komissiyaları yaradılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən