SON XƏBƏRLƏR

Lənkəran rayonu Gərmətük qəsəbəsinin sakinləri təhlükəli vəziyyətlə qarşılaşıblar. Bu haqda videoreportajı bu gün, 1 dekabr tarixində Realt TV paylaşıb.

Belə ki, ərazi qazıldığından işıq dirəkləri sürüşmə təhlükəsi ilə üzləşiblər.

“O qədər qazılıb ki, güclü yağış yağdıqda dirəkləri su aparacaq. Bu dirəklər 10.000 kv-dır. İşdi, aşsalar güclü yanğın baş verəcək” – deyə sakin söyləyib.

Problemlə bağlı qəsəbənin bələdiyyə sədri Tamerlan Rzayevlə əlaqə saxlanılıb. O,məsələni araşdıracağına, problem olduğu halda “Azərişıq”ın köməkliyi ilə aradan qaldıracağına söz verib.