SON XƏBƏRLƏR

Lənkəranlı bir qrup gənc Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi bu gün, 22 sentyabr tarixində verib.

Belə ki, gənclər Gəgiran və Ürgə kəndlərində torpağa tapşırılmış şəhidlərimiz – Mehman Şirvanov, Zabil İbadzadə və Araz İbadlının məzarlarına gül dəstələri qoyaraq, xatirələrini ehtiramla yad ediblər.

Qeyd edək ki, Araz İbadlı 22, Zabil İbadzadə 25, Mehman Şirvanov isə 40 yaşında şəhidlik zirvəsinə ucalıblar.

Lənkəran Gəncləri facebook
Lənkəran Gəncləri facebook