Lənkəranda yerləşən “Tor coffee shop” məkanında “O biri otaq” platformasının dəstəyi ilə dostluq yarmarkası keçirilib. Bu haqda məlumat Cenublu.az-a daxil olub.
Sosial yönümlü yarmarkanın keçirilməsində məqsəd gənc sahibkarların əl işləri, ikinci əl və orqanik yerli məhsullarının satışıdır.
Qeyd edək ki, “O biri otaq” “Tor coffee shop” -un nəznində yaradılan açıq platformadır. Məkan Qala Xiyabani küç. 13 ünvanında yerləşir.

