SON XƏBƏRLƏR

Lənkəranda gənc qız özünü asaraq dünyasını dəyişib. Bu haqda məlumat bu gün, 20 dekabr tarixində Report.az-da paylaşılıb.

Girdəni kənd sakini, 17 yaşlı A.B. yaşadığı ünvanda intihar edib. Qızını evdə görməyən anası dərhal aşağı mərtəbəyə düşüb. Qadın, övladını asılmış vəziyyətdə aşkarlayıb.

Hadisə yerinə prokurorluq əməkdaşları cəlb olunduqdan sonra meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

İntiharın səbəbləri məlum olmadığından araşdırma aparılır.